"Barselona"nın keçmiş oyunçusu Azərbaycan klubunda

13:41 - 26 İyun 2020

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "dəmiryolçular" Amerika əsilli ispaniyalı voleybolçu Anna Nyusamı heyətinə qatıb. 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

 

Anna son olaraq ABŞ-ın “San Dieqo” klubunda çıxış edib. O, 2014-2016-cı illərdə “Barselona”nın üzvü olub.

Xəbər xətti