PSJ Kurzavanın müqaviləsini uzatdı

PSJ müdafiəçisi Levin Kurzavanın müqaviləsini uzadıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə 2024-cü il iyunun 30-dək sözləşmə imzalanıb.

 

Kurzava 2015-ci ildə 25 milyon avro qarşılığında "Monako"dan Paris təmsilçisinə keçib. Fransalı futbolçu bu mövsüm 23 oyunda 1 qol vurub, 2 assist edib.

Tarix: 30 İyun [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 İyul 2020
6  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio