Leroy Sane "Bayern"də

"Bayern" "Mançester Siti"dən Leroy Sanenin transferini yekunlaşdırıb.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi "şəhərlilər"ə bu keçid üçün 54,8 milyon funt-sterlinq təzminat ödəyəcək. 24 yaşlı vingerlə 5 illik sözləşmə bağlanılıb. Onun həftəlik maaşı 350 min funt-sterlinq olacaq.

 

"Mançester Siti" Almaniya millisinin üzvünü 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya transfer etmişdi. Sane zədə səbəbindən bu mövsüm cəmi 2 oyun keçirib.

Tarix: 30 İyun [22:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 İyul 2020
6  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio