Dabonun vida mesajı

10:51 - 1 İyul 2020

"Neftçi"dən ayrılan Baqali Dabo sosial şəbəkə hesabında azarkeşlərlə vidalaşıb.

 

Sportal.az xəbər verir ki, fransalı hücumçu Azərbaycanda keçirdiyi 4 ili unutmayacağını deyib:

 

"Təşəkkürlər, Azərbaycan! Burada keçirdiyim 4 il ərzində yaşadığım hər anı unutmayacağam. Hər şeyin yaxşısını arzulayıram və bilirəm ki, Azərbaycan gələcəkdə daha da məşhurlaşacaq".

 

31 yaşlı hücumçu 2018-ci ildə "Qəbələ"dən "Neftçi"yə keçmişdi. Dabo Azərbaycan Premyer Liqasında ümumilikdə keçirdiyi 83 oyunda 41 qol vurub, 9 assist edib.

 

Xəbər xətti