"Sumqayıt" hücumçusunu göndərdi

14:57 - 1 İyul 2020

"Sumqayıt"da ayrılıq baş verib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Mehdi Şərifi ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

 

27 yaşlı futbolçu 2019-cu ilin yayında İranın "Persepolis" klubundan "Sumqayıt"a keçmişdi. Mehdi ötən mövsüm 19 oyunda 5 qol vurub, 1 assist edib.

 

Xəbər xətti