Azərbaycan klublarının avrokubok oyunları azarkeşsiz keçiriləcək

Çempionlar Liqası və Avropa Liqasında 2020/21 mövsümünün təsnifat mərhələsinin oyunları azarkeşsiz keçiriləcək.

 

Sportal.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsi onlayn video konfransda bu qərarı verib. Komitənin növbəti qərarına kimi qərar qüvvədə qalacaq.

 

Hər iki turnirin oyunları bir mərhələdən ibarət olacaq. Pley-off mərhələsində isə cavab qarşılaşması da keçiriləcək.

 

"Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" klubları isə Avropa Liqasında Azərbaycanı təmsil edəcəklər.

Tarix: 10 İyul [10:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Avqust 2020
14  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio