Danimarkada çempion müəyyənləşdi

12:12 - 10 İyul 2020

Danimarka Super Liqasında 2019/20 mövsümünün qalibi məlum olub.

 

Sportal.az xəbər verir ki, 32-ci turda lider "Midtyulland" ən yaxın izləyicisi "Kopenhagen"i qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

 

Bununla da sona dörd tur qalmış xallarını 78-ə çatdıran "Midtyulland" çempionluğunu rəsmiləşdirib. "Canavarlar" 3-cü dəfə ölkə çempionu olub.

Xəbər xətti