Nicat Qurbanov "Samtredia"ya qələbə qazandırdı - əsgər salamı verdi - VİDEO

11:00 - 18 İyul 2020

Gürcüstan çempionatında 6-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Nicat Qurbanovun formasını geyindiyi “Samtredia” səfərdə “Merani”yə 2:1 hesabı ilə qalib gəlib.

 

Nicat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 28 yaşlı yarımmüdafiəçi 54-cü dəqiqədə penaltidən fərqlənərək, komandasının qələbə qolunu vurub.

 

Qurbanov vurduğu qolu əsgər salamı ilə qeyd edib. O, Ermənistan-Azərbaycan sərhədində Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan hərbçilərini anıb.

 

"Samtredia" 8 xalla 10 komanda arasında 5-cidir. Nicat bu mövsüm 3 qol vurub.

 

 

 

Xəbər xətti