Futbol məşqçisi orduya dəstək yürüşünə görə həbs olundu

18:43 - 22 İyul 2020

İyulun 15-də orduya dəstək yürüşü zamanı həbs olunanlardan biri keçmiş idman jurnalisti, hazırda futbol məşqçisi olan Mehdi İbrahimovdur.

 

Sportal.az xəbər verir ki, onu yürüşdən sonra səhərə yaxın polislər saxlayıb və 38-ci polis bölməsinə aparıblar. Mehdiyə Cinayət Məcəlləsinin 139.1.1 maddəsi ilə iş açılıb. İbrahimovun ailəsinə onun koronavirusa yoluxduğu və vəziyyətinin ağır olduğu barədə məlumat verilib.

 

Mehdi İbrahimovun yaxınları onun heç bir siyasi məqsədinin olmadığını bildirir. O, sadəcə, polisin müdaxilə etmədiyini görüb, orduya dəstək məqsədilə yürüşə qatılıb.

 

Son məlumata görə, Mehdi İbrahimov barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti