"Bundan sonra Rəşad Sadıqovun fəaliyyətini izləyəcəyəm"

11:46 - 25 İyul 2020

«Rəşad Sadıqovu yaxından tanıyıram, sevdiyim bir insandır».

 

Sportal.az xəbər verir ki, bu sözləri «Hatayspor»un idman direktoru Fatih Kavlak deyib. Vaxtilə «Qarabağ»da Qurban Qurbanovun köməkçisi olmuş və «Qəbələ»ni çalıışdırmış türkiyəli mütəxəssis Rəşad Sadıqovun «Zirə»nin sükanı arxasına keçməsinə münasibət bildirib.

 

O, Ağdam klubunda bir yerdə çalışdığı keçmiş futbolçusunun yeni işində uğur qazanacağıına inandığını bildirib: «Rəşad hər işi görə və uğur qazana bilər. Bu potensial onda var. Yaxşı futbolçu kimi yadımdadıır. Bundan sonra onun «Zirə»dəki fəaliyyətini izləyəcəyəm» (sportinfo.az).

Xəbər xətti