"Espanyol" La Liqada qalmaq üçün federasiyaya müraciət etdi

18:26 - 4 Avqust 2020

İspaniya La Liqasında mövsümü 20-ci yerdə başa vuraraq, Sequndaya düşən "Espanyol" çempionatda qalmaq üçün federasiyaya müraciət edib.

 

Sportal.az xəbər verir ki, katalonlar koronavirus pandemiyasının futbola ciddi təsir etdiyini düşünür. Klub müraciətində liqaları tərk edən komandalarla bağlı qərarların dəyişdirilməsini istəyir.

 

La Liqanı digər tərk edən komandalar "Leqanes" və "Malyorka"dır.

Xəbər xətti