Almaniyada azarkeşlər stadionlara qaytarılır

23:23 - 4 Avqust 2020

Almaniya çempionatında yeni mövsümdən azarkeşlər tribunalara buraxıla bilər.

 

Sportal.az xəbər verir ki, Almaniya Klublar Birliyinin keçirdiyi videokonfransda I və II Bundesliqanın 36 komandası fanatların stadionlara qayıtmasına səs verib.

 

Klublar Birliyinin qərarına əssasən, ilin sonuna qədər qonaq komandanın azarkeşləri stadiona buraxılmayacaq. Oyunların ayaqüstə izlənilməsi və stadionda alkoqollu içkilərin satışına bir müddət icazə verilməyəcək.

 

Azarkeşlərin stadionlara buraxılıb-buraxılmamasına klubun təmsil olunduğu bölgənin icra orqanı qərar verəcək.

Xəbər xətti