Ferran Torres: "Hər futbolçu "Mançester Siti"də oynamaq istəyər"

"Mançester Siti"nin yeni transferi Ferran Torres "şəhərlilər"ə keçidi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı ispaniyalı vinger Mançester klubunda uğurlu olacağına inandığını deyib:

 

"Bu komandaya qoşulduğum üçün çox xoşbəxtəm. "Mançester Siti" dünyanın ən çox hücum edən komandalarından bididir. Hər futbolçu belə komandada oynamaq istəyər. Pep Qvardiola həqiqətən də sevdiyim baş məşqçilərdən biridir və oyunçuların inkişafında xüsusi payı olur. Mən də onun rəhbərliyi ilə inkişaf edəcəyimə ümid edirəm. "Mançester Siti" son 10 ildə çoxlu titul qazanıb. İnanıram ki, mən də komandaya titul qazanmasında kömək edəcəyəm".

 

"Mançester Siti" Torreslə 5 illik müqavilə imzalayıb.

Tarix: 5 Avqust [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2020
21  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio