"Qarabağ" kağız üzərində favoritdir, ancaq bunu meydanda da göstərməlidir" - Denis Ristov

22:00 - 10 Avqust 2020

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali Makedoniyanın "Sileks" klubunun yarımmüdafiəçisi Denis Ristov Sportal.az-a açıqlama verib.

 

Komandanın ən təcrübəli futbolçularından biri olan 30 yaşlı serbiyalı futbolçu püşkü dəyərləndirib:

 

"Məncə, "Qarabağ" kağız üzərində favoritdir, ancaq bunu meydanda da göstərməlidirlər. Əminəm ki, rəqibimizin keyfiyyətli futbolçuları var, bu komandanı yüksək qiymətləndiririk. "Sileks" öz keyfiyyətlərini və nə istədiyini bilir. Futbol hər kəsin hamını məğlub edə biləcəyi oyundur. Bir-birimizi daha yaxşı oynamağa məcbur edib, sensasiya etməyə çalışacağıq.

 

Bilirik ki, "Qarabağ" ötən il Avropa Liqasının qrup mərhələsində çıxış edib və onlar çox yaxşı mübarizə aparıblar. Avrokubok təcrübəsi "Qarabağ"ın tərəfindədir, ancaq biz də 2-ci mərhələyə yüksəlmək şansları axtaracağıq. Bizim bu oyunda itirəcəyimiz bir şey yoxdur. Çempionatda mövsümə 6:0 hesablı qələbə ilə başladıq və bu, əla nəticədir. Eyni ritmdə davam etməyə çalışacağıq".

 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Sileks" qarşılaşması avqustun 18-i saat 20:00-da start götürəcək.

Xəbər xətti