Adriano Belçika klubunda

16:45 - 13 Avqust 2020

"Barselona"nın keçmiş braziliyalı müdafiəçisi Adriano Korreyranın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını Belçikada davam etdirəcək. Təcrübəli oyunçu "Eypen"lə müqavilə imzalayıb. Yüksək liqa təmsilçisi müqavilənin detallarını açıqlamayıb.

 

Adrianonun son klubu ölkəsində "Atletiko Paranaense" olub. "Koritiba"nın yetirməsi "Sevilya", "Barselona" və "Beşiktaş"da da oynayıb.

Xəbər xətti