Almaniyanın "Bayer" klubu yarımmüdafiəçisi Kərim Bellarabinin müqaviləsini yeniləyib.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, Mərakeş əsilli almaniyalı futbolçu ilə imzalanan müqavilə 2023-cü ilin iyunun 30-dək nəzərdə tutulub.
Kərim 2011-ci ildə Braunşveyq "Ayntraxt"ından "Bayer"ə keçib. 30 yaşlı futbolçu ötən mövsüm Leverkuzen klubunda keçirdiyi 39 oyunda 6 qol vurub, 12 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi