Lionel Messidən ayrılıq qərarı - iddia

11:23 - 17 Avqust 2020

Çempionlar Liqasının 1/4 finalında "Bayern"ə 2:8 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Barselona"nın futbolçusu Lionel Messi komandadan ayrılmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, bu barədə jurnalist Marselo Bexler məlumat yayıb. Onun qeyd etdiyinə görə, argentinalı ulduz qərarını klub rəhbərliyinə açıqlayıb.

 

33 yaşlı hücumçu katalonlarda keçirdiyi 731 oyunda 634 qol vurub, 285 məhsuldar ötürmə edib. Messi 6 dəfə "Qızıl top"u qazanıb.

Xəbər xətti