"Sabah" "Sumqayıt"la qarşılaşacaq

12:56 - 1 Sentyabr 2020

Azərbaycan Premyer Liqasının 2-ci turuna hazırlıqları davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Sportal.az xəbər verir ki, Visente Qomesin rəhbərlik etdiyi kollektiv “Sumqayıt”la üz-üzə gələcək. Görüş sentyabrın 5-də saat 19:00-da “Bank Respublika Arena”da oynanılacaq.

Xəbər xətti