Abubakar "Beşiktaş" üçün tibbi müayinədən keçəcək

16:34 - 4 Sentyabr 2020

"Beşiktaş" "Portu"nun hücumçusu Vinsent Abubakarı transfer etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun idarə heyətində yer alan Erdan Torunoğulları məlumat verib:

 

"Abubakar "Portu" ilə müqaviləsini ləğv edə bilər. Özü ilə danışmışıq. Əgər qərar versək, o, tibbi müayinədən keçəcək. Deyəsən, onun zədəsi davam edir və buna görə də Abubakarı aldatmaq istəmirik".

 

Kamerunlu hücumçu dizindən aldığı ağır zədəyə görə son iki mövsüm keçirdiyi 21 oyunda 6 qol vurub. Abubakar 2016/17 mövsümündə icarə əsasında "Beşiktaş"da çıxış edib. 28 yaşlı futbolçu İstanbul təmsilçisinin Super Liqa çempionu olduğu mövsümdə keçirdiyi 38 qarşılaşmada 19 qol vurub, 4 məhsuldar ötürmə etmişdi.

Xəbər xətti