"Qalatasaray" "Sportinq"in yarımmüdafiəçisini icarəyə götürür

17:47 - 14 Sentyabr 2020

"Qalatasaray" "Sportinq"in yarımmüdafiəçisi İdrissa Dumbiyanı heyətinə qatmağa hazırlaşır.

 

Sportal.az "FootNews" nəşrinə istinadla xəbər verir ki, İstanbul təmsilçisi kot-d-ivuarlı futbolçunu satın alma şərti ilə 1 illik icarəyə götürmək üçün ilkin razılıq əldə edib.

 

Lissabon klubu 22 yaşlı oyunçunu 2019-cu ildə Rusiyanın "Axmat" klubundan 3,8 milyon avroya transfer edib.

Xəbər xətti