"Beşiktaş" yeni transferini açıqladı

01:40 - 15 Sentyabr 2020

"Beşiktaş" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "qara qartallar" Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Əhli"dən ayrılan Jozef de Souza ilə 1+1 illik müqavilə imzalayıb.

 

Jozef 2015-2018-ci illərdə "Fənərbaxça"da oynayıb. O, 2018-ci ildə İstanbul klubundan "Əl-Əhli"yə 12 milyon avro qarşılığında keçmişdi.

Xəbər xətti