Azərbaycan irəlilədi

12:00 - 17 Sentyabr 2020

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın yeni əmsallar cədvəli açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan cədvəldə 1 pillə irəliləyərək 25-ci pilləyə yüksəlib. ÇL-in 3-cü təsnifat mərhələsində “Molde” ilə qarşılaşan “Qarabağ” rəqibinə penaltilər seriyasında məğlub olsa da (0:0, pen.5:6), ölkəmizin reytinqinə 0,250 xal qazandırıb.

 

Azərbaycanın son 5 mövsümün yekununda xalları 16,125-ə çatıb. 15.950 xala malik Rumıniya isə 1 pillə geriləyərək, 26-cı sıraya enib.

Xəbər xətti