"Trabzonspor" "Çelsi"nin futbolçusunu icarəyə götürdü

15:38 - 17 Sentyabr 2020

"Trabzonspor" "Çelsi"nin yarımmüdafiəçisi Lüis Beykeri icarəyə götürüb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu 2020/21 mövsümünü Türkiyə klubunda keçirəcək. Müqaviləyə satın alma şərti də salınıb.

 

Beyker ötən mövsümü Almaniya Bundesliqa təmsilçisi "Fortuna"da keçirib. İngiltərəli futbolçu "Çelsi"də rəsmi oyun keçirməyib. O, müxtəlif illərdə 7 kluba icarəyə verilib.

Xəbər xətti