Sondan poker, "Tottenhem" qələbə qazandı - VİDEO

19:25 - 20 Sentyabr 2020

İngiltərə Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Tottenhem" səfərdə "Sauthempton"a 5:2 hesabı ilə qalib gəlib. London klubunun heyətində cənubi koreyalı hücumçu Son Hın-min 4 qol vurub, Harri Keyn isə eyni sayda məhsuldar ötürmə edib və 1 qolun müəllifi olub.

 

"Sauthempton" - "Tottenhem" - 2:5

Qollar: Dənni İnqz, 32, 90 (pen.) - Son Hın-min, 45+2, 47, 64, 73, Harri Keyn, 82

 

Xəbər xətti