Sörlot "Leyptsiq" üçün tibbi müayinədən keçəcək

"Leyptsiq" İngiltərənin "Kristal Pelas" klubunun hücumçusu Aleksandr Sörlotu transfer edib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu tibbi müayinədən keçmək üçün Leyptsiqə yollanıb. Bu keçid Almaniya klubuna 20+2 milyon avroya başa gəlib. Transfer məbləği norveçli futbolçunun ötən mövsüm icarə əsasında çıxış etdiyi "Trabzonspor"la "Kristal Pelas" arasında yarıya bölünüb.

 

"Trabzonspor" Norveç millisinin üzvünü 2019-cu ilin yayında 6 milyon avroluq satın alma şərti ilə 2 illik icarəyə götürmüşdü. Müqavilənin şərti Sörlot bu mövsüm Trabzon təmsilçisində rəsmi oyunların 50 faizində iştirak edəcəyi halda qüvvəyə minəcəkdi. "Bordo-mavililər" müqaviləyə xitam vermək üçün transfer məbləğinin yarısını istəyib və London klubu ilə razılaşıb.

 

Hücumçu ötən mövsüm 22 qolla Türkiyə Super Liqasının bombardiri olub.

 

Image

Tarix: 22 Sentyabr [11:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio