"Yaşlı doğulmuşam, gənc öləcəyəm" - Zlatan İbrahimoviç

İtaliya A Seriyasının 1-ci turunda "Bolonya" ilə oyunda (2:0) "Milan"ın qollarını vuran Zlatan İbrahimoviç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı hücumçu özünü Bencamin Battonla müqayisə edib:

 

"Bencamin Batton kimiyəm. Zaman keçdikcə gəncləşirəm. Yaşlı doğulmuşam, gənc öləcəyəm. Bu gün 20 yaşında olsaydım, daha 2 qol vuracaqdım. Hədəfim ötən mövsümdəkindən daha yaxşı olmaqdır. Komandadakı gənclərlə birlikdə hər oyuna final kimi çıxmalıyıq. Komanda yaxşı mübarizə apardı. Başlanğıc yaxşıdır. Gənclər uğur qazanmağın yolunu bilirlər".

Tarix: 22 Sentyabr [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio