"Şkendiya" futbolçusunu "Zirə"yə buraxmadı

11:11 - 8 Oktyabr 2020

Şimali Makedoniyanın "Şkendiya" komandasında çıxış edən futbolçu Valon Ahmedinin "Zirə"yə keçidi baş tutmayıb. 

 

Sportal.az xəbər verir ki, klubu 26 yaşlı yarımmüdafiəçini buraxmaq istəməyib.

 

Ahmedi karyerasına Azərbaycanda davam etmək istəsə də, "Şkendiya" onun mövqeyinə başqa futbolçu transfer edə bilməyəcəyini əsas gətirib və onun heyətdə qalmasını məqbul sayıb.

 

Qeyd edək ki, Valon Ahmedinin hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. "Şkendiya" cari mövsüm Avropa Liqasının I təsnifat mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb - 2:0.

Xəbər xətti