Teymur Rəcəbov: "Baş verənlər Ermənistan rəhbərliyinin terrorçu davranışını göstərir"

“Terrorçu Ermənistan mülki əhaliyə təkrar-təkrar hücum edir. 5 ölü, 35 yaralı… Gəncə şəhəri münaqişə zonasının xaricindədir, lakin dəfələrlə hücumlara məruz qalması yalnız Ermənistan rəhbərliyinin və hərbi qüvvələrinin terrorçu davranışlarını göstərir”.

Sportal.az xəbər verir ki, bu fikirləri Azərbaycanın dünya şöhrətli şahmatçısı Teymur Rəcəbov “Tvitter” səhifəsindəki bu gün erməni ordusunun Gəncə şəhərinə növbəti dəfə raket zərbəsi atdığı andan bir qədər sonra yazdığı paylaşımında qeyd edib.

O bildirib ki, ordumuzun şücaətli əsgərləri düşmənlə mübarizə aparır, doğma torpaqlarımızda ədaləti bərpa edirlər.


 

Tarix: 17 Oktyabr [17:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio