"Neftçi" "Sabah"a qalib gəldi, "Sumqayıt" lider oldu - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. Sonuncu oyun günündə də iki görüş keçirilib.

Əvvəlcə "Neftçi" "Sabah"ı qəbul edib. "Ağ-qaralar" rəqibinə minimal hesabla qalib gəlib.

Bağlanış matçında isə "Sumqayıt"la "Zirə" üz-üzə gəlib. Buna qədər lider olan rəqibini məğlub edən "gənclik şəhəri" təmsilçisi 1-ci pilləni ələ keçirib.

İlk oyun günündə "Səbail"lə "Keşlə" heç-heçəyə razılaşıb (1:1), "Qarabağ" isə "Qəbələ"yə böyük hesabla (3:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası
VI tur

18 oktyabr

14:00. "Neftçi" - "Sabah" - 1:0

Qol: Namiq Ələsgərov, 29

Qırmızı vərəqə: Mamadu Kane, 75


Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. "Bakcell Arena".

16:00. "Sumqayıt" - "Zirə" - 2:1

Qollar: Rəhim Sadıqov, 35, Tellur Mütəllimov, 59 - Davit Volkov, 40

Qaçırılan penalti: Əli Qurbani, 33

Qırmızı vərəqə: Kərim Dinoyev, 90+4


Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Sumqayıt. "Kapital Bank Arena".

Tarix: 18 Oktyabr [17:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2020
22  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio