"Qarabağ”"n Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal” İspaniya La Liqasında növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Unay Emerinin rəhbərlik etdiyi komanda VI turda "Valensiya" ilə qarşılaşıb. Derbi "Vilyarreal"ın 2:1 hesablı qələbəsiylə başa çatıb. "Sarı sualtı qayığ"ın qollarına Pako Alkaser və Dani Parexo imza atıb.
"Vilyarreal" hazırda 11 xalla turnir cədvəlinin lideridi.
"Qarabağ" Avropa Liqasının I qrupunda "Vilyarreal"la yanaşı "Sivasspor" (Türkiyə) və "Makkabi" (Tel-Əviv, İsrail) ilə mübarizə aparacaq.