"Qarabağ" ev oyunlarını Türkiyədə keçirmək istəyir

“Qərar bizim üçün ağır oldu. Demək olar ki, hər həftə səfərdə oynayacağıq. Meydan seçmək üçün bizdən alternativləri soruşacaqlar, ancaq yekun qərarı UEFA özü verəcək”.

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın direktoru Emrah Çelikel deyib. UEFA-nın Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərarına münasibət bildirən klub rəsmisi rəqiblərini Türkiyədə qəbul etmək istədiklərini qeyd edib:

“Biz Türkiyədə oynamaq istəyirik. UEFA-ya da bunu bildirəcəyik. Hər halda bu gün açıqlanmalıdır ki, biz də işimizi bilək. Neytral meydan kimi 3 ölkə təklifi var: Macarıstan, Polşa və Kipr. Ancaq  elə futbolçularımız var ki, bu ölkələrdənə bəzisinə getmək üçün vizaları yoxdur və üç gün ərzində bunu həll etmək real görünmür.  Ev oyunlarımızın Türkiyədə olması üçün bütün səyləri göstərəcəyik. Ancaq nə dərəcədə alınacaq, bunu deyə bilmərəm. Bu gün qərar açıqlanmalıdır”.

"Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda "Vilyarreal"a (İspaniya) qarşı keçirməli idi. Hazırkı qərara əsasən Ağdam klubu “Sivasspor” (Türkiyə) və “Makkabi” (İsrail) ilə ev oyunlarını da neytral meydanda keçirməlidir. (Qol.az)

Tarix: 21 Oktyabr [10:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Dekabr 2020
3  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio