UEFA hərbi salama görə "Qarabağ"a xəbərdarlıq etdi

22:20 - 22 Oktyabr 2020

UEFA İntizam Komitəsi “Qarabağ”a rəsmi xəbərdarlıq edib. Sportal.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Avropa Liqasının pley-off mərhələsində “Legiya” ilə Polşada keçirilən səfər oyunundan (3:0) sonra futbolçular və məşqçilər heyətinin üzvləri hərbi salam verdiyi üçün İntizam Komitəsi Ağdam klubuna xəbərdarlıq edib.

"Qarabağ”lıların hərbi salamı siyasi jest kimi qiymətləndirilib. Buna görə də Ağdam klubunun 13 futbolçusu və məşqçilər heyətinin üzvləri də daxil olmaqla klubun 14 nümayəndəsi xaəbərdarlıq alıb.

Oktyabrın 1-də Avropa Liqasının pley-off mərhələsində “Legiya”nı məğlub edərək qrupa adlayan “Qarabağ”ın heyəti qarşılaşmadan sonra qələbəni hərbi salamla qeyd edib.

Xəbər xətti