"El Klasiko" öncəsi son durum: ehtimal edilən start heyətlər

22:52 - 23 Oktyabr 2020

"Sabah" İspaniya La Liqasında mövsümün ilk "El Klasiko"su keçiriləcək.

Sportal.az xəbər verir ki, "Kamp Nou"da oynanacaq "Barselona" - "Real" görüşü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Kataloniya klubu bu görüşdə zədəlilər - Mark-Andre Ter Ştegen və Samuel Umtitinin xidmətindən yararlana bilməyəcək. "Real"da isə itki sayı daha çoxdu. Madrid təmsilçisində Karvaxal, Azar, Dias, Edeqor və Odriosola zədə səbəbindən meydana çıx bilməyəcək. Heyətə daxil edilən kapitan Serxio Ramosun isə oynayacağı güman edilir.

KİV-in matç üçün təxmin etdiyi "11-liik"lər belədi:

"Barselona": Neto, Dest, Pike, Lanqle, Roberto, Buske, Pyaniç, Koutinyo, Qrizmann, Fati, Messi
"Real": Kurtua, Mendi, Ramos, Varan, Marselo, Kazemiro, Kroos, Modriç, Vaskes, İsko, Benzema

Xəbər xətti