Azərbaycan - Monteneqro oyununun yeri məlum oldu

17:40 - 26 Oktyabr 2020

Millətlər Liqasının qrup mərhələsinin V trunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, yığmamız rəqibini Xorvatiyada qəbul edəcək. Matç Zaqrebin "Maksimir" stadionunda kçeiriləcək. Məlumatı UEFA yayıb.

Azərbaycan yığması bundan əvvəl Kipri Albaniyada qəbul edib.

UEFA Qarabağdakı hərbi əməliyyatlara görə Azərbaycan ərazisində beynəlxalq oyunların keçirilməsinə icazə vermir.

Xəbər xətti