AFFA-dan "Qarabağ"ın futbolçusuna cəza, 3 kluba cərimə

16:05 - 27 Oktyabr 2020

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının VII turu ilə bağlı qərarlar verilib.

“Sabah” – “Sumqayıt” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Sabah” – “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” – “Qarabağ” oyununda qonaq komandanın futbolçusu Rahil Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Xəbər xətti