Maksim Medvedev: "İstədiyimiz nəticəni qazanacağımıza inanıram"

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin II turunda İspaniyanın "Vilyarreal" klubuna qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, o, bu gün İstanbulda baş tutan mətbuat konfransından bunları söyləyib:

"Hər kəsi salamlayıram. Türkiyədə vacib matça çıxacağıq. "Vilyarreal" böyük komandadı və baxımlı oyun sərgiləyirlər. Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik".

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda baş tutacaq.

Tarix: 28 Oktyabr [16:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Dekabr 2020
1  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio