"Neftçi" ilə "Zaqatala"dan səfər qələbəsi

17:36 - 20 Noyabr 2020

Azərbaycan I Divizionunda VI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.

“Zaqatala” səfərdə “Qarabağ”ın əvəzedicilərinə qalib gəlib. “Neftçi-2” isə səfər oyununda “Sumqayıt-2”-ni darmadağın edib. “Sabah”ın əvəzediciləri də “Keşlə”dən üstün olub.

I Divizion
VI tur

20 noyabr

"Qarabağ-2" – "Zaqatala" - 2:3
Qollar: 
İbrahim Hüseynov, 25. Seyxan Fərəcov, 59 – Salman Ələsgərov, 76. Pərvin Kərimli, 85. Ramin Əhmədov, 89.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).

"Sumqayıt-2" – "Neftçi-2" - 0:4
Qollar: 
Asim Əlizadə, 12-pen. Vüsal Əsgərov, 55; 67. Famil Camalov, 74.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)

"Keşlə-2" – "Sabah-2" - 1:3
Qollar: 
Elmir Rəhimzadə, 26-pen – Ceyhun Nuriyev, 36. Kamran Quliyev, 46. Abdullah Xaibulayev, 53.
“ASK Arena”.

Xəbər xətti