"Sabah" - "Səbail" oyununun təxirə salınmasının detalları

11:58 - 21 Noyabr 2020

Azərbaycan Premyer Liqasının X turunda bu gün keçirilməli olan "Sabah" - "Səbail" oyunu qonaq komandaya görə təxirə salınıb.

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının açıqlamasında bəzi futbolçuların yenidən koronavirus testindən keçməli olduğu səbəb göstərilib. Bizdə olan məlumata görə, "Sabah"da belə oyunçu yoxdu. Bu klubda son test nəticələri hamısı mənfi çıxıb. "Səbail"də isə yoluxanlar var - həm klub işçiləri, həm futbolçular arasında.

Bu gün təkrar testin cavabları bəlli olacaq. Bundan sonra PFL matçın gələcəyi barədə qərar verəcək.

Xəbər xətti