Ronaldo Messini geridə qoydu

17:32 - 3 Dekabr 2020

Çempionlar Liqasının qrup mərhələsinin V turunda Kiyev "Dinamo"su ilə matç (3:0) "Yuventus"un hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, 57-ci dəqiqədə fərqlənən portuqaliyalı bununla turnirdə özünün 71-ci ev qoluna imza atıb və həmin göstərici üzrə rekordçu, "Barselona"nın hücumçusu Lionel Messini geridə. Dünənə qədər Messi aktivindəki 70 qolla birinci idi.

Bu, həmçinin Ronaldonun karyerasında 750-ci qolu olub.

Xəbər xətti