“Sabah”ın Premyer Liqa tarixində ən gənc heyət

Azərbaycan Premyer Liqasının 13-cü turundan sonra çempionat qış fasiləsinə yollandı.

 

Sportal.az xəbər verir ki, “Sabah” ilin son oyununda səfərdə “Sumqayıt”ı 2:1 hesabıyla məğlub etdi.

 

“Sabah”ın bu oyundakı start heyətinin orta yaşı 24,3-ə bərabər olub ki, bu da, klubun Premyer Liqada çıxış etdiyi müddətdə ən gənc start heyəti kimi tarixə düşüb. “Sumqayıt”la görüşdə start heyətində çempionatın gənc futbolçu limitinə uyğun 4 oyunçu yer alıb (Amin Seydiyev, Ozan Can Kökcü, Veysəl Rzayev və Şakir Seyidov).

 

Ümumilikdə, cari mövsümdə Premyer Liqada “Sabah”ın heyətində 24 futbolçu meydana çıxıb. Ən çox şans qazanan futbolçu Amin Seydiyevdir (12 oyun, 1068 dəqiqə).

 

Çempionatın ilk yarısında komandanın heyətində meydana çıxmış ən yaşlı futbolçu Saşa Stamenkoviç (35 yaş), ən gənc futbolçu isə Veysəl Rzayevdir (17 yaş, 11 ay, 9 gün). Qış fasiləsinə kimi “Sabah”ın heyətində 9 fərqli futbolçu ümumilikdə 13 qola imza atıb.  

 

Tarix: 27 Dekabr [13:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Yanvar 2021
26  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio