İspaniyanın "Atletiko" klubu Fransa təmsilçisi "Lion"un futbolçusu Mussa Dembeleni icarəyə götürüb.
Sportal.az xəbər verir ki, fransalı hücumçu Madrid klubunda mövsümün sonuna qədər çıxış edəcək. "Hindular" bu keçid üçün 1,5 milyon avro təzminat ödəyib.
La Liqa klubu daha 33,5 milyon avro ödəyib, 24 yaşlı hücumçunu birdəfəlik almaq hüququna sahibdir.
"Lion" Dembeleni 2018-ci ilin yayında "Seltik"dən 22 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi