Runi karyerasını bitirdi, baş məşqçi oldu

14:50 - 16 Yanvar 2021

İngiltərə millisi və “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, o, İngiltərə Çempionşipində mübarizə aparan “Derbi”nin baş məşqçisi təyin olunub. 35 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Komandada oyunçu kimi də çıxış edən Runi noyabr ayından baş məşqçisi vəzifəsini yerinə yetirirdi.

 

"Everton"un yetirməsi 2004-2017-ci illərdə "Mançester Yunayted"də çıxış edib.

Xəbər xətti