Ağabala Ramazanov "Qəbələ"yə qarşı niyə oynamır?

16:28 - 21 Yanvar 2021

Premyer Liqanın 14-cü turunda "Zirə" "Qəbələ"ni qəbul edir.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərin qarşılaşmaya ciddi itki ilə çıxıb. "Qartallar"ın kapitanı Ağabala Ramazanov bu matçda iştirak etmir.

 

Buna səbəb 28 yaşlı hücumçunun zədəli olmasıdır.

 

Ramazanov bu mövsüm keçirdiyi 9 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti