"Napoli"dən "Marsel"ə keçdi - rəsmi

11:39 - 22 Yanvar 2021

Fransanın "Marsel" klubu İtaliya təmsilçisi "Napoli"nin oyunçusu Arkadiuş Miliki heyətinə qatıb.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi polşalı hücumçunu mövsümün sonuna qədər icarəyə götürüb. "Marsel" 26 yaşlı futbolçunu 8+4 milyon avro qarşılığında transfer etmək hüququna malikdir. Hücumçu komandada 19 nömrəli formada çıxış edəcək.

 

"Napoli" Miliki 2016-cı ildə "Ayaks"dan 32 milyon avroya transfer edib.

Xəbər xətti