Millinin hazırlığı davam edir: Atayev qayıtdı, Fineo sıradan çıxdı - FOTOLAR

Təlim-məşq toplanışını Bakı İdman Sarayında davam etdirən futzal üzrə Azərbaycan milli komandası bu gün taktiki çalışmalar yerinə yetirib.

 

Sportal.az xəbər verir ki, karyerasını ölkə xaricində davam etdirən Tyaqo, Eduardo Borges, Kardoso Everton və Rafael Vilela da dünəndən komandaya qoşulublar.

 

Yüngül zədəsi olan İsa Atayev artıq yığma ilə birgə məşq edir. Əvəzində Fineo De Araujo zədələnib və millinin həkimi onun qarşıdakı 2 oyunda komandaya kömək edə bilməyəcəyini bildirib.

 

 

Tarix: 26 Yanvar [14:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Mart 2021
28  Fevral 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio