Azərbaycan kuboku: 1/4 finalın ilk oyunlarının vaxtı açıqlandı

16:00 - 26 Yanvar 2021

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşdi.

 

Sportal.az xəbər verir ki, iki günü əhatə edəcək qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:

 

1 fevral (bazar ertəsi)

“Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”, 16:00

 

“Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00

 

2 fevral (çərşənbə axşamı)

“Keşlə” – “Kəpəz”
“ASK Arena”, 16:00

 

“Neftçi” – “Zirə”
“Bakcell Arena”, 18:00.

Xəbər xətti