Messi 900-ə çatdı

13:13 - 11 Fevral 2021

"Barselona"nın kapitanı Lionel Messi peşəkar karyerasında 900-cü matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu İspaniyanın kubokunun yarımfinal mərhələsinin "Sevilya" ilk oyununda bu göstəriciyə nail olub.

 

Argentinalı futbolçu bu görüşlərin 758-ni Kataloniya klubunun, 142-ni isə Argentina millisinin heyətində keçirib.

Xəbər xətti