"Qalatasaray"a 1 qol kifayət etdi - VİDEO

01:26 - 21 Fevral 2021

Türkiyə Super Liqasında 25-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Alanyaspor"a 1:0 hesabı ilə qalib gəlib.

 

"Sarı-qırmızılar" 1 oyun çox keçirməklə turnir cədvəlində 51 xalla vahid lider olub. "Fənərbaxça" və "Beşiktaş" 48 xalla 2-3-cü yerləri bölüşürlər. 42 xalı olan "Alanyaspor" 5-ci sırada qərarlaşıb.

 

"Alanyaspor" - "Qalatasaray" - 0:1

Qol: Əmrə Kılınc, 18

 

Xəbər xətti