"Qəbələ"nin hücumçusu İbrahimoviçlə məşq etdiyi günləri xatırladı

"Zlatan İbrahimoviç dən nə isə öyrənə bildimmi? Bəli".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin hücumameylli yarımmüdafiəçisi Nikolas Raysel deyib. Əyalət klubunda ikinci mövsümünü keçirən fransalı futbolçu yetirməsi olduğu PSJ-də keçirdiyi günləri yada salıb. O, hazırda "Milan"da çıxış edən Zlatan İbrahimoviçlə Paris təmsilçisində yaşadağı günlərdən söz açıb:

 

"Onlarla məşq edərək və onlara baxaraq öyrənirdim. Məsələn, hər kəs Zlatanı davranışına və xarakterinə görə tənqid edir. Ancaq çox çalışqan insandır. Məşqdə belə, uduzmaq istəmirdi. Uduzanda dəli olurdu. İrəliləyən dönəmdə orada olmağın və məşq etməyin gözəl olduğunu düşünərək, ondan bir az ilham almağa çalışdım.

 

Bütün oyunlardan qalib ayrılmaq üçün meydanda əlinizdən gələn hər şeyi etməlisiniz. Daha əvvəl belə rəqabət ruhuna sahib deyildim. Amma yanında məşq etməklə, mənə o, bunu verdi. Düşünürəm ki, məşqlərdə ondan əldə etdiyim keyfiyyət budur. Futbolçu və fərd kimi böyüməyimə səbəb olan məşqçilərin və futbolçuların keyfiyyətlərini xatırlayıram. Evlərimizi və ailələrimizi çox erkən tərk etdiyimiz üçün daha yaxşı olmağımıza kömək etdilər. Hamısı çox maraqlı idi".

Tarix: 22 Fevral [23:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Mart 2021
1  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio