"Dördüncü yer məni qane etməyəcək" - Canni De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis Azərbaycan millisindəki planlarından danışıb:

 

"Albaniya yığmasındakı şərtlərlə heç kim Avropa çempionatına yollanacağımızı xəyal edə bilməzdi. Azərbaycan millisi ilə beynəlxalq yarışlara yeni zehniyyət və fərqli bir yanaşma qurmağa çalışıram. Burada yaxşı iş qurmaq üçün əla strukturlar var. Bazanı genişləndirməyə, gənclərin texniki və taktiki böyüməsinə yönəlmiş iş proqramı təklif edən təlim mərkəzləri təşkil etməyə çalışmalıyıq”.

 

De Byazi millimizin DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını da dəyərləndirib: “Qrupumuza beşinci səbətdən qoşulmuşuq. Amma dördüncü yer məni qane etməyəcək. Gücsüz olduğumuzla bağlı proqnozları alt-üst etməyə çalışmalıyıq. Bütün imkanlarımızla oynamaq əzminə və zəkasına sahib komanda olduğumuzu göstərmək istəyinə inanıram”.

 

İtaliyalı mütəxssis Azərbaycanda A seriyasına olan maraqdan da danışıb: "Futbolumuz Azərbaycanda çox populyardır. Çoxu komandalarımıza azarkeşlik edir. Tanıdığım insanlar arasında “Yuventus”, “Milan”, “İnter” və “Roma” azarkeşləri var”.

 

Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.

Tarix: 23 Fevral [11:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Mart 2021
1  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio